Ukraynanın Donetsk vilayətində Baxmut istiqamətində hərbi aviasiyaya aid iki helikopter qəzaya uğrayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə UNİAN xəbər verir.
İqor Sikorski adına 18-ci əlahiddə ordu aviasiya briqadasının nümayəndəsi Yevgeni Rakita bildirib ki, ölənlərin hamısı zabitdir. Onlardan biri Poltava vilayətindən, digərləri başqa regionlardandır.
Qəza döyüş tapşırığını yerinə yetirərkən baş verib. Rakita əlavə edib ki, hərbçilərin adları və ölüm şəraiti təhlükəsizlik baxımından açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB