Baş nazir Rusiya ilə işləyən ərinə görə üzr istəyib...

Baş nazir Rusiya ilə işləyən ərinə görə üzr istəyib...

Estoniyanın baş naziri Kaya Kallas ərinin şirkətinin Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Rusiyada fəaliyyətini davam etdirməsinə görə açıq şəkildə üzr istəyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Delfi” yayıb.

Eyni zamanda o, ərinin şirkətdəki payını artıq “bir sendviç qiymətinə” satdığını da bildirib.

Qeyd edək ki, Estoniya hökumətinin başçısı qalmaqala görə istefa vermək fikrində olmadığını da bildirib və əlavə edib ki, “müxalifət lazımi sayda səs toplasa, etimadsızlıq votutu irəli sürə bilər”.

Verilən məlumata görə, ötən həftə Estoniyanın ERR milli televiziyasının jurnalistləri ölkənin baş nazirinin əri Kai Kallasın Rusiyaya mal çatdırmaqla pul qazandığı araşdırmasını dərc ediblər.

Maraqlıdır ki, baş nazir ərinin şirkətinə 350 min avro məbləğində maliyyə yardımı göstərdiyi də bəyan olub.

Məhz elə buna görə də Estoniya prezidenti Alar Karis baş nazirdən açıqlama tələb edib.

Onu da qeyd edək ki, üzr istəməzdən əvvəl Kaya Kallas dövlət vəzifəsində işlədiyini və ərinin işlədiyi firma ilə iş aparmadığını bildirib. O, bununla bağlı bütün sualların şirkətin özünə ünvanlanmalı olduğunu bildirib.

Kai, nazirin əri, medianın etirazından sonra firmadakı payını satmaq planlarını açıqlayıb və əlavə edib ki, həyat yoldaşı onun ticarət fəaliyyətindən xəbərsizdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə