Macarıstanın baş naziri Viktor Orban Qərb ölkələrini Ukraynanın NATO-ya qəbulu perspektivlərindən və ilhaq edilmiş Krımın ona qaytarılması tələblərindən imtina etməyə çağırıb. Orbanın fikrincə, belə bir şəraitdə Qərb Rusiya ilə razılaşmalı və Ukraynada müharibəyə son qoymalıdır. O, Rusiya qoşunlarının say baxımından üstünlüyünü əsas gətirərək Ukraynanın müharibədə qalib gələ biləcəyinə inanmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Orban bu sözləri çərşənbə günü X sosial şəbəkəsində (keçmiş Twitter) dərc olunan amerikalı jurnalist və keçmiş “Fox News” aparıcısı Taker Karlsona müsahibəsində deyib.
Qeyd edək ki, Macarıstanın baş naziri, həmçinin ABŞ və Avropa İttifaqını Ukraynaya hərbi dəstəyi dayandırmağa çağırıb. Eyni zamanda,
Orban hesab edir ki, sövdələşmədən sonra Qərb Rusiya ilə birlikdə hazırlanmalı olan “yeni təhlükəsizlik arxitekturası” çərçivəsində Ukraynaya müəyyən təminatlar verə bilər.
Bundan əlavə, Orban bildirib ki, Macarıstanın Rusiyadan qaz aldığı “Türk axını” qaz kəmərinə istənilən hücum Budapeştdə müharibə üçün bəhanə hesab olunacaq. O, bu cür hücumların hansı dövlətdən mümkün olduğunu açıqlamayıb, lakin bu barədə hücumun potensial müəlliflərinə xəbərdarlıq etdiyini bildirib.
Yeri gəlmişkən, Ukrayna Xarici İşlər Nazirliyində Orbanın müsahibəsi sərt tənqidlərlə qarşılanıb.
Kiyev Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko, Ukraynanın nə öz əraziləri, nə də suverenliyi ilə alver etmədiyi kimi, dünya da onunla alver etməyəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB