Ukraynalıya 12 il həbs cəzası verildi

Ukraynalıya 12 il həbs cəzası verildi

…İkinci Qərb Dairə Hərbi Məhkəməsi Bryansk vilayətində partlayış hazırlayan Ukrayna vətəndaşı Aleksandr Bobrovitskiyə hökm oxuyub.

SİA TASS-a istinadən xəbər verir ki, günahını etiraf edən müttəhim Korsar tank əleyhinə raket kompleksi (ATGM) üçün raket başlığından istifadə etməklə terror aktı hazırlayırmış.

Həmin şəxs məhkəmədə bildirib ki, onun hərəkətləri Ukraynada xüsusi əməliyyatın dayandırılmasına səbəb olacağına inanırmış.

Qeyd edək ki, məhkəmə onu 12 il müddətinə azadlıqdan məhrum edib. Tutulan şəxs onun 4 ilini həbsdə, 8 ilini isə ciddi rejimli koloniyada keçirəcək.

Həmçinin təqsirləndirilən şəxs 550 min rubl cərimə olunub. Məhkəmə Bobrovitskinin ukraynalı diversant olduğunu bildirib: həmin şəxs Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının Rusiya Federasiyası ərazisində terror fəaliyyəti həyata keçirmək üçün onların təşkil etdiyi icmaya qoşulmaq təklifi ilə razılaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə