Avronun məzənnəsi avqustun 16-dan bəri ilk dəfə olaraq 105 rublu ötüb
Avqustun 30-u çərşənbə günü günortadan sonra Moskva birjasında keçirilən ticarət zamanı qlobal bazarda avro-dollar cütlüyünün möhkəmlənməsi fonunda avro avqustun 16-dan bəri ilk dəfə olaraq 105 rubldan yuxarı qalxıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, saat 16:47-yə olan məlumata görə, avronun məzənnəsi 105,175 rubl təşkil edib ki, bu da dünənki ticarətin bağlanışında olan göstəricidən 1,4 rubl çoxdur.
Bu vaxta kimi ABŞ dolları dünənki bağlanışdan sonra 60 qəpik bahalaşaraq 96,0604 rubl olub.
Yada salaq ki, Rusiya Federasiyası Mərkəzi Bankının Direktorlar Şurası avqustun 15-də keçirilən növbədənkənar iclasında rublu dəstəkləmək üçün əsas uçot dərəcəsini 12 faizə qaldırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB