Bu arada Dövlətlərarası Aviasiya Komitəsi “Vaqner” PMC şirkətinin rəhbəri Yevgeni Priqojinin biznes-jetinin Tver vilayətində qəzaya uğraması ilə bağlı araşdırma aparmadıqlarını bəyan edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dövlətlərarası Aviasiya Komitəsi, "çoxsaylı müraciətlərlə əlaqədar" artıq rəsmi açıqlama yaydığını da bildirib.
Maraqlıdır ki, onlar da hadisənin hansı şəraitdə baş verdiyini şərh etməkdən imtina ediblər.
Yeri gəlmişkən xatırladaq ki, Priqojinin uçduğu təyyarə Braziliya şirkəti tərəfindən istehsal olunmasına baxmayaraq, Rusiya təyyarə qəzasını araşdırmaq üçün Braziliyaya icazə verməyəcək.
Yenə də maraqlıdır, niyə?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB