Numan Kurtulmuş Zəfər Bayramı münasibətilə paylaşım edib

Numan Kurtulmuş 30 avqustun türk xalqının vətən sevgisi ilə yenidən doğulduğu gün olduğunu bildirib.
Numan Kurtulmuş Zəfər Bayramı münasibətilə paylaşım edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 30 avqustun türk xalqının vətən sevgisi ilə yenidən doğulduğu gün olduğunu bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Numan Kurtulmuş rəsmi internet səhifəsində etdiyi paylaşımda 30 avqust Zəfər Bayramının 101-ci ildönümü münasibətilə paylaşım edib.
20 avqust Zəfər Bayramı münasibətilə türk xalqını təbrik edən Numan Kurtulmuş deyib: "Avqustun 30-u Vətənini, bayrağını, gələcəyini və azanını "Ya istiqlal, ya ölüm" şüarı ilə müdafiə edən əcdadlarımızın qəhrəmanlıq dastanıdır. 30 avqust vətən sevgisi ilə yenidən doğulduğumuz gündür. Bu torpağı vətənimizə çevirən bütün şəhidlərimizi hörmət və rəhmətlə yad edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə