“Cəhənnəmdə kim, cənnətdə kim olacaq?”

Keşiş Con Kurmoyarova 7 il həbs istənilib…
“Cəhənnəmdə kim, cənnətdə kim olacaq?”

Sankt-Peterburqda keçirilən məhkəmə iclasında ittiham tərəfi keşiş Con Kurmoyarovun 7 il müddətinə cəzaçəkmə müəssisəsində cəzalandırılmasını və iki il müddətinə internet saytlarını idarə etmək hüququndan məhrum edilməsini istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Sever.Realii” yayıb.

Qeyd edək ki, Kurmoyarov Rusiya ordusu haqqında qondarma “saxta” məlumatlar yaymaqda ittiham olunur. Onun Rusiya ordusunun Ukraynadakı hərəkətlərindən xristianlıq nöqteyi-nəzərindən danışdığı “YouTube” videolarına görə cinayət işi açılıb. Onu da qeyd edək ki, Kurmoyarov artıq bir ildən çoxdur ki, Sankt-Peterburqdakı istintaq təcridxanasındadır.

Yeri gəlmişkən, məhkəmədə keşiş əməllərinə görə bağışlanmasını istəyib. Kurmoyarov bildirib ki, o, Roskomnadzorun tələbi ilə nəşrləri yığışdırıb. O, açıqlamalarını onunla izah edib ki, münaqişənin hər iki tərəfində “pravoslavlar iştirak edir və əziyyət çəkirlər” fikrindən sarsılıb.

Amma maraqlıdır ki, keşiş günahını da etiraf edib. Eyni zamanda o, saxlandığı istintaq təcridxanasında saxlanma şəraitinin pis olduğunu bildirib.

Kurmoyarovun sözlərinə görə, isti suyun olmaması səbəbindən onu və digər məhbusları bir neçə həftə duşa aparmayıblar.

Xatırladaq ki, 2022-ci ilin yayında Rus Pravoslav Kilsəsinin Novosibirsk iyeromonki Con Kurmoyarov Sankt-Peterburqda saxlanılıb və ona Rusiya silahlı qüvvələrinin tətbiqi ilə bağlı bilə-bilə yalan məlumatların açıq şəkildə yayması ittiham irəli sürülüb. İş Kurmoyarovun “Youtube” kanalında Ukraynaya hücuma həsr olunmuş “Cəhənnəmdə kim, cənnətdə kim olacaq?” adlı videoçarx əsasında açılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə