Podolyak Roma Papası Fransiski “Rusiya təbliğatının aləti” adlandırıb

Podolyak Roma Papası Fransiski “Rusiya təbliğatının aləti” adlandırıb

Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Roma Papası Fransiski “Rusiya təbliğatının aləti” adlandırıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ukraynalı siyasətçi İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

Təbii ki, rusların RİA Novosti agentliyi də belə bir xəbəri yerindəcə “tirajlayıb”.

Beləliklə, Mixail Podolyak Roma Papası Fransiski “təcavüzkar imperializmi qeyd-şərtsiz təşviq etməkdə” və “Rus dünyası” ideyasını tərifləməkdə ittiham edib.

“Görünür, pontifik yenidən Rusiya təbliğatının alətinə çevrilib”, - deyə ukraynalı siyasətçi bildirib.

Eyni zamanda, Mixail Podolyak, Roma Papasının çıxışını “müasir humanizm” prinsiplərini “məhv” edən və eyni zamanda “rus dünyası ideyasına alqış” olduğunu bildirib.

Yeri gəlmişkən, bu yaxınlarda Rusiyadakı gənc katoliklərə müraciət ünvanlayan Roma Papası, gəncləri “böyük Rusiyanın varisləri, bu ölkəni böyük mədəniyyət və böyük insanlıq ölkəsi” adlandırıb, eləcə də gəncləri qoruyub saxlamağı, inkişaf etdirməyi tövsiyə etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə