NATO Türkiyəni 30 avqust Zəfər Bayramı münasibətilə təbrik edib

NATO Müttəfiq Quru Qoşunları Komandanlığı (LANDCOM) Türkiyəni 30 avqust Zəfər Bayramı və Türkiye Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.
NATO Türkiyəni 30 avqust Zəfər Bayramı münasibətilə təbrik edib

NATO Müttəfiq Quru Qoşunları Komandanlığı (LANDCOM) Türkiyəni 30 avqust Zəfər Bayramı və Türkiye Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Keçən il də oxşar mesajla 30 avqust Zəfər Bayramı münasibətilə Türkiyəni təbrik edən,ancaq Yunanıstanın etirazından sonra sosial mediadan təbrik mesajını silən LANDCOM bu il türk dilində etdiyi paylaşımda “Zəfər bayramınız mübarək olsun” ifadələrinə yer verib.
"Bu özəl gündə bizə ev sahibliyi etdiyi üçün Türkiyəyə minnətdarıq. Türkiyə 1952-ci ildə NATO-ya üzv olduqdan sonra bir çox əməliyyat və təlimlərdə iştirak edib, əsgərləri hər zaman böyük peşəkarlıq və əzm nümayiş etdirib. Türkiyə və NATO birlikdə daha güclüdür və təhlükəsizdir'',-deyə LANDCOM-un rəsmi ''X'' səhifəsində edilən paylaşımda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə