Balina cəsədindən 500 min avro çıxdı - FOTOLAR

Balina cəsədindən 500 min avro çıxdı - FOTOLAR

Kanar adalarında yerləşən Las Palmas Universitetinin alimləri sahilə çıxan balina cəsədində apardıqları yarılma nəticəsində balinanın ölümünə 500 min avro dəyərində kəhrəba kütləsinin səbəb olduğunu açıqladılar. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, balinanın yarılması zamanı ondan 9,5 kiloqram olduqca nadir kəhrəba çıxarılıb.

Elm adamları, bazar dəyəri təxminən 500 min avro olan kəhrəbanın balinanın bağırsaqlarında parçalanmalara səbəb olduğunu və onun bu səbəbdən öldüyünü müəyyən ediblər.

Professor Antonio Fernandez iyulun 3-də verdiyi açıqlamada, xüsusilə ətir sənayesi üçün son dərəcə qiymətli xammal olan kəhrəbanın 2021-ci ildə La Palma adasında baş verən vulkan püskürməsi nəticəsində zərər görən insanlara satılacağını bildirib.

Balinalar çoxlu miqdarda dəniz canlıları ilə qidalanır, lakin bu dəniz canlılarının bəzi hissələri balinanın həzm sistemi tərəfindən həzm oluna bilmir və balinalar kəhrəba adlanan bərkimiş maddəni qusurlar.

Ənbərlər tez-tez dənizdə üzərkən aşkar edilir, çünki orta hesabla hər yüz balinadan yalnız biri kəhrəba istehsal edir. Bu səbəblərdən son dərəcə nadir bir şəkildə əldə edilən kəhrəba, qoxusuna və tərkibindəki ətiri qalıcı edən spirtə görə ətir xammalı kimi qiymətlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə