Qarğanı çarmıxa çəkdilər - Turist adasında dəhşətli hadisə

Qarğanı çarmıxa çəkdilər - Turist adasında dəhşətli hadisə

Yunanıstanın turizm adasındakı Parosda qarğanın çarmıxa çəkilməsi böyük reaksiyaya səbəb olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 metr hündürlüyündə qarğanın çarmıxa çəkilməsi görənləri şoka salıb.

Adada yaşayan və hadisəni izləyən Sotiris Tzafas "Facebook"da çarmıxa çəkilmiş qarğa haqqında yazıb: “Bu, turistik Parosdur. Təəssüf ki, ölkəmizi gözdən salmaq üçün biabırçı hərəkətlər edirlər”.

Fotonu yenidən dərc edən Petros Katsakos, “Parosdakı Pountada bir qarğanı çarmıxa çəkərək xalqın gözü qarşısında qoyublar. Hər keçən gün insanlığımızdan daha çox utanıram” dedi.

Sosial şəbəkə istifadəçilərinin fikrincə, adanın bəzi yerləri qarğaları çarmıxa çəkir.

Ege prokuroru Odysseus Tsorbatzoglou polisə məlumat verdikdən sonra qeyri-insani və dəhşətli əməli törədən şəxs tapılıb və ona qarşı cinayət işi açılıb. Paros Bələdiyyə Başçısı bildirib ki, “Hadisəni törədən şəxs polis tərəfindən həbs edilib. Bu, bütün Paros xalqı tərəfindən pislənilən iyrənc hadisədir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə