İspaniyanın Xarici İşlər Nazirliyindən Cəbəllütariq suları yaxınlığında 1, 14 və 21 avqust tarixlərində baş verən üç hadisə ilə əlaqədar İngiltərənin Madriddəki səfirliyinə şifahi nota verildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözügedən hadisələri "çox ciddi" olaraq qiymətləndirərək, İngiltərə gəmilərinin İspaniya sularında hərəkət etməsinə "ən sərt şəkildə etirazını bildirdiyi" qeyd edilib.
İspaniya vurğuladı ki, "Cəbəllütariq limanının daxili hissəsindən kənarda yerləşən dənizdə Britaniya qitə şelfini tanımır və indiyə qədər olduğu kimi İspaniya sularında öz suverenliyini həyata keçirməyə davam edəcək".
Verilən məlumata görə, avqustun 1-də “Gas Venus” qaz tankeri açıq dənizdə başqa bir gəmiyə yanacaq doldurarkən Algeciras körfəzinə böyük miqdarda yanacaq töküb. Avqustun 21-də Kral Donanmasının üç gəmisi tərəfindən ispan balıqçı gəmisi “Mi Daniela” təcavüzə məruz qalıb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB