Kiyevdə raket qalıqları bir neçə binaya ziyan vurub...

Kiyevdə raket qalıqları bir neçə binaya ziyan vurub...

Xəbər verildiyi kimi, Kiyevdə Rusiyanın raket hücumu nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər yaralanıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

Onun sözlərinə görə, bu, yazdan bəri şəhərin ən kütləvi atəşi olub. Rusiya ordusu əvvəlcə müxtəlif istiqamətlərdən “Şahed” hücum pilotsuz təyyarələrindən, sonra isə raketlərdən istifadə edib. Popko bildirib ki, hava hücumundan müdafiə qüvvələri 20-dən çox hava hədəfini məhv edib.

Şəhərin Şevçenkovski rayonunda dağıntılar inzibati binanın üzərinə düşüb: iki mühafizəçi həlak olub.

Həmçinin Kiyevin Darnitski rayonundakı “Aşan” ticarət mərkəzinin binasına Rusiya raketinin parçaları düşüb. Yanğın baş verib, binanın dam örtüyü yanıb. Ölən və yaralananlar olmayıb. Kiyev vilayətində 6 fərdi evə ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının dediyinə görə, avqustun 30-na keçən gecə Rusiyanın Ukrayna ərazisinə hücumu zamanı 28 qanadlı raketin hamısı, 16 hücum pilotsuz təyyarəsindən 15-i vurulub.

Rusların yazdığına görə, guya müharibə şəraitində bu məlumatı tez bir zamanda yoxlamaq mümkün deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə