Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə “TikTok” sosial şəbəkəsinin yayılmasını qadağan etmək qərarına gəlib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə avqustun 30-da idarənin mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, nazirlikdən verilən məlumata görə, bu qərar sosial şəbəkənin məzmununun monitorinqindən sonra qəbul edilib. Belə ki, platformanın uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatların əldə edilməsinə məhdudiyyətlər qoyulmadığı müəyyən edilib.
Agentliyin məlumatına görə, monitorinq “sosial şəbəkənin uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsiri ilə bağlı” qeyri-hökumət təşkilatlarından daxil olan şikayətlər əsasında aparılıb.
Qeyd edək ki, bundan əvvəl də parlamentarilər dəfələrlə Qırğızıstanda “TikTok”-un bloklanmasını təklif edərək, öz təkliflərini sosial şəbəkənin uşaqlara “mənfi təsiri” ilə əsaslandırıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB