Fələstin Tacikistanda səfirliyini açıb

Fələstin Tacikistanda səfirliyini açıb

Fələstin Tacikistanda səfirliyini açıb. Bundan əvvəl Fələstinin Tacikistandakı səfiri vəzifəsini bu ölkənin Özbəkistandakı diplomatik nümayəndəsi icra edirdi.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, çərşənbə axşamı, avqustun 29-da səfirliyin açılış mərasimində çıxış edən Fələstin Dövlətinin Xarici İşlər və Qürbətçilər naziri Riyad Əl-Maliki ölkəsinin Düşənbədəki səfirliyinin fəaliyyətinin əlaqələrin inkişafında səmərəli olacağına ümid etdiyini bildirib. . Onun tacik həmkarı Sirociddin Muhriddin bildirib ki, Fələstin Dövlətinin Tacikistanda səfirliyinin açılması iki dost ölkə arasında əlaqələrin inkişafına və yeni əlaqələrin qurulmasına töhfə verir.

Fələstin Dövlətinin Düşənbədəki səfirliyinin açılış mərasimində Tacikistan və Fələstinin xarici işlər nazirləri ilə yanaşı, Tacikistandakı diplomatik nümayəndəliklərin rəhbərləri də iştirak ediblər.

Həmin gün, avqustun 29-da Riyad Əl-Maliki Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Görüşdə səfirliyin açılmasının tərəflər arasında müxtəlif sahələrdə xoş münasibətlərin inkişafına və genişlənməsinə töhfə verəcəyi vurğulanıb.

Xatırladaq ki, Tacikistan və Fələstin diplomatik əlaqələri 6 mart 1992-ci ildə qurub. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə