Türkiyədə Beylikdüzündə əyləncə məkanına girə bilməyən qadınlar əsəbləşərək dava ediblər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin anlar ətrafdakı vətəndaşların mobil telefon kameralarında saniyə saniyə əks olunub.
Hadisə ötən bazar gecəsi Beylikdüzü Adnan Kahveci Mahallesi Anadolu küçəsində yerləşən əyləncə məkanının qarşısında baş verib. İddialara görə, iki əcnəbi qadın içəri buraxılmadığı üçün öz aralarında mübahisə edib. "Parkovşiklər" taksi çağırarkən sərxoş qadınlar nəqliyyat vasitəsinə minməkdən imtina edərək işçilərin üstünə qışqırmağa başlayıblar.
Bir müddət qadınlar pontonları əllərinə alaraq park edilmiş avtomobilləri vurmağa başlayıblar. "Parkovşiklər"dən olan Yunus Yüzer qadınlara müdaxilə etmək istəyərkən tərəflər arasında dava düşüb. Dava zamanı qadınlardan biri Yüzerə vurmaq istəyərkən yerə yıxılıb. Digər qadın isə Yunus Yüzerin köynəyini çəkməyə başlayıb. Əsəbiləşən Yüzer qadınlara təpiklə cavab verib. Bir müddət sonra digər şəxsi heyətin müdaxiləsi ilə dava başa çatıb. Hadisədən sonra insanlar polis bölməsinə gedərkən iki tərəf razılaşaraq bir-birindən üzr istəyib və şikayətçi olmayıb. Həmin anlar iş yerinin təhlükəsizlik kamerasına və ətrafdakı vətəndaşların cib telefonu kamerasına saniyə saniyə əks olunub.
Mövzu ilə bağlı danışan "parkovşik" Yunus Yüzer, “Gecə taksidən iki qadın düşdü. Onlar bizim kluba daxil olmaq istəyirdilər. Həmin gün tez bağlanacaqdıq və sərxoş olduqları üçün onları içəri buraxmadıq. Əvvəlcə onlar girişdə bir-biri ilə dava ediblər. Daha sonra müştərilərimizin avtomobilinə ziyan vurmağa çalışıblar. Maşınlar bizə əmanət olunduğu üçün müdaxilə etdim. Müdaxilə edəndə mənə hücum etməyə başladılar. Pontonu götürərək maşının yan güzgüsünü sındırmaq istəyərkən onu havaya vurub pontonu yerə atdım. O biri xanım arxamca gəlib önlüyümü çəkdi. Mənə pontonlar atmağa başladılar. Daha sonra qadınlarla birlikdə polis bölməsinə getdik. Hər iki tərəf şikayətlərimizi geri götürməyə razılaşdı. Bir-birimizdən üzr istədik. Onlar xarici ölkə vətəndaşları olublar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB