Gənc qadının qəribə vərdişi hamını şoka saldı - QEYRİ-ADİ HADİSƏ - FOTO

Gənc qadının qəribə vərdişi hamını şoka saldı - QEYRİ-ADİ HADİSƏ - FOTO

TLC-də bir proqrama qatılan Kinah adlı qadının vərdişi hər kəsi təəccübləndirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kinahın ən sevdiyi şey tualet kağızı yeməkdir. Belə ki, o yemək yeyər kimi tualet kağızı yeyir.

Gündə 4 rulon tualet kağızı yediyini deyən qadın bu vərdişinin ildə təxminən 2700 dollara başa gəldiyini bildirib. O, günə tualet kağızı yeməklə başlayaraq "Tualet kağızına xərclədiyim hər qəpiyə dəyər" deyib.

"Təsəvvür edin ki, axşam yeməyinizi yeyib dincəlmək üçün divana uzanır, sonra da üzərindən bir çay içirsiniz. Mən də tualet kağızı yeyəndə eyni həzzi alıram. Bir də ki, tualet kağızının kalorisi sıfırdır. Yəni, kökəltmir".

Kinah yemək daha asan olduğu üçün incə qatlı tualet kağızına üstünlük verdiyini deyib. Tualet kağızı yediyi üçün insanlara qəribə gəldiyini deyən Kinah bu hərəkəti videoya çəkənlərdən narahat olmadığını bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə