Rusiyaya yenidən dron hücumu olub

Rusiyanın Pskov şəhərinin hava limanına dron hücumu olub. SİA xəbər verir ki, bu barədə məlumat teleqramın Rusiya seqmentində yayılıb.

Bildirilib ki, aeroporta dron hücumu zamanı 2 təyyarə zədələnib.

Olayla bağlı rəsmi məlumat yayılmayıb. Dron hücumunun davam etdiyi bildirilir: bölgədəki hərbçilər hücumu HMM və atıcı silahlarla dəf etməyə çalışırlar.

Qeyd edək ki, sözügedən hava limanı Estoniyadan 35 km, Ukraynadan isə təqribən 700 km məsafədə yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə