ABŞ hökuməti Ukraynaya 250 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb. SİA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
"Bu gün biz Ukraynaya daha bir hərbi yardım paketinin təqdim edildiyini elan edirik. Onun həcmi 250 milyon dollardır", - deyə o, əlavə edib.
Blinken qeyd edib ki, yeni paketə hava hücumundan müdafiə üçün AIM-9M raketləri, HIMARS üçün mərmilər, 155 mm və 105 mm-lik artilleriya sursatları, minatəmizləmə avadanlıqları, “Javelin” tank əleyhinə raket kompleksləri daxildir.
Bundan əlavə, ABŞ Ukrayna Silahlı Qüvvələrinə 3 milyondan çox patron və təcili yardım maşınları göndərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB