Meksikada tanker qəzası olub - 8 nəfər yanaraq öldü

Meksikada tanker qəzası olub - 8 nəfər yanaraq öldü

Meksikada yanacaq daşıyan tanker, yük maşını və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəza Meksikanın Gerrero ştatının İquala və Çilpansinqo şəhərlərini birləşdirən magistralda baş verib.

Yanacaq çəninin alov alması nəticəsində nəqliyyat vasitələrində olan 8 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Qəzanın yanacaq tankerinin idarəetməni itirərək aşıb digər 2 avtomobillə toqquşması nəticəsində baş verdiyi təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə