Qlobal istiləşmədən 2100-cü ildən sonra 1 milyard insan ölə bilər...
Beynəlxalq alimlər qrupu insanların yaratdığı qlobal istiləşmənin növbəti əsrdə 1 milyard insanın ölümünə səbəb ola biləcəyi qənaətinə gəliblər.
SİA-nın əldə etdiyi məlumata görə, tədqiqatçıların işi “Energies” elmi jurnalında dərc olunub.
Beləliklə, tədqiqatda müəlliflər yanacağın yanmasından 1 min ton istixana emissiyası bir insanın ölümünə səbəb olan “1000 ton qaydası” adlanan qaydaya istinad etdilər.
Vaşinqton Universitetinin tədqiqatçılarının son proqnozuna görə, 2200-cü ilə qədər dünya əhalisinin sayı 10,4 milyard nəfərə çatacaq. Beləliklə, növbəti əsrdə iqlim dəyişikliyi ilə bağlı itki o dövrdə insan əhalisinin təxminən 10 faizini təşkil edəcək.
“…Belə bir kütləvi ölüm açıq şəkildə qəbuledilməzdir. Bu, xüsusilə də uşaqlarımız üçün olduqca qorxuncdur. Qlobal istiləşmə bir milyard insan üçün ölüm-dirim məsələsidir. Yaşından, mədəni və ya irqi mənşəyindən, cinsindən və maddi imkanlarından asılı olmayaraq, demək olar ki, hər kəs hər bir insan həyatının dəyərli olması ilə razılaşır. Ona görə də biz hərəkətə keçməliyik. Və biz tez hərəkət etməliyik”.
Qeyd edək ki, bunu tədqiqatın aparıcı müəllifi Coşua Pirs bildirib.
Alimlər hesab edirlər ki, yalnız bəşəriyyətin özü enerjiyə qənaət etməklə, sənayedə və digər sektorlarda enerjidən rasional istifadə etməklə qaranlıq ssenarinin qarşısını ala bilər. Tədqiqatçılar öz işlərində karbon emissiyalarına vergilər və mədən karbohidrogenlərindən daha təmiz enerji resurslarına tədricən keçid daxil olmaqla bütöv bir fəaliyyət proqramı təklif etdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB