Xerson vilayətində ruslar mülki əhalinin evlərinə basqın edirlər…
...Xerson vilayətinin Skadovski rayonunda ruslar onların verdikləri pasportdan imtina edənlərin evlərinə gəlib məcburi şəkildə rus pasportlarını onlara verirlər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, rus pasportlarına sahib şıxmaq istəməyən yerlilər həbs və deportasiya ilə hədələnirlər.
Qeyd edək ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam yekununda məlumat verib. O da qeyd olunur ki, ruslar Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisinin əhalisinin məcburi pasportlaşdırılmasını davam etdirirlər.
Baş Qərargahdan bildirilib ki, Xerson vilayətinin Skadovski rayonunun Mixaylovka kəndində işğalçı qoşunlar Rusiya pasportunu almaqdan imtina edən yerli sakinlərə təzyiq göstərirlər.
“...Düşmən pasportunu verməkdən imtina etdiyinə görə işğalçılar ərazilərə basqınlar keçirir, alçaldıcı yoxlamalar aparır, həbs və deportasiya ilə hədələyirlər”.
Yuxarıda da dediyimiz kimi, bunu Ukrayna tərəfi iddia edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB