Keçmiş prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin hesab edir ki, guya Ukrayna özünü xilas etmək üçün mütləq alternativ hökumət yaratmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, YouTube-da bloq yazısında bildirib.
Qeyd edək ki, Soskin bunun, yəni alternativ hökumətin dərhal yaradılmasını təklif edib. Onun sözlərinə görə, ölkədə alternativ güc mərkəzi yaranarsa, bu halda hazırkı lider Vladimir Zelenski guya “sıfıra vurulacaq”.
“O, çox gec olmadan dayanmalıdır”.
Bunu deyən Soskin, ABŞ prezidentinin oğlu Hunterin korrupsiya qalmaqalları ilə əlaqədar Cozef Baydenin Kiyevə təsirinin qaçılmaz şəkildə itiriləcəyini proqnozlaşdırıb. Sabiq müşavirin sözlərinə görə, Amerika hakimiyyəti tezliklə Ukraynanı təmin etməyi dayandıracaq.
Xatırladaq ki, bir müddət bundan əvvəl Kuçmanın keçmiş müşaviri Zelenskini dövlətə xəyanətdə ittiham etməyə çağırmışdı. O, təklifini onunla izah edib ki, dövlət başçısı “soyqırım törədir və Ukraynanı məhv etmək istəyir”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB