Bu arada Murmansk şəhərinin 20 yaşlı sakini Kansel Fransin Kukui terrora haqq (?) qazandırdığına görə 400 min rubl məbləğində cərimələnib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mediazon” yazır.
Qeyd edək ki, məhkəmə tərəflərin razılığı ilə videokonfrans vasitəsilə keçirilib. Prokurorluq qıza real müddət verilməsini tələb edib, lakin məhkəmə onu cərimələyib və iki il müddətinə internet saytlarını idarə etməyi qadağan edib.
Maraqlıdır ki, Kukuinin konkret nədə ittiham olunduğu açıqlanmır. Amma bu ilin aprel ayında o, terrorçuların və ekstremistlərin Rosfinmonitorinq siyahısına əlavə edilib.
Yeri gəlmişkən cərimələnin qızın adı və soyadı Sizı qəribə gələ bilər. Məsələ bundadır ki, Kanselin atası Beninlidir.
Onu da bildirim ki, Benin Qərbi Afrikada fransız dilli ölkədir. Deyilənlərə görə Vudu dini məhz burada yaranıb.
Nə isə uzatmayaq, deməli, o vaxt Kanselin atası Benindən təhsil almaq üçün SSRİ-yə gəlib və yerli sakin Yuliya ilə ailə quraraq Murmanskda qalıb. Cütlüyün iki övladı var: Kancel Francine və Stefan (repper Stephan Pie kimi tanınır). Firmin Kukui Rusiya vətəndaşlığını alıb və “Vahid Rusiya”ya qoşulub.
…Amma nə dəxli, Kansel cərimələnib, deməli, ödəməlidir…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB