Çilidə müğənni Viktor Xaranı qətlə yetirən yeddi hərbçiyə hökm oxunub
Bazar ertəsi Çili Ali Məhkəməsi müğənni Viktor Xaranın 1973-cü ildə saxlanması, işgəncələrə məruz qalması və öldürülməsi ilə bağlı yekun hökmünü çıxarıb.
“La Tercera” xəbər verir ki, yaşı 73-85 arasında olan 6 keçmiş hərbçi qətlə görə 15 il bir gün, adam oğurluğuna görə isə 10 il bir gün həbs cəzasına məhkum ediliblər.
Digər təqsirləndirilən keçmiş zabit isə qətllərin və adam oğurluğunun ört-basdır edilməsinə görə 5 və 3 il müddətinə azadlıqdan məhrum edilib.
SİA xatırladır ki, 40 yaşlı Xara Çili Kommunist Partiyasının üzvü idi. Musiqiçi Augusto Pinoçetin hərbi çevrilişinin ilk günlərində devrilmiş prezident Salvador Allendeni dəstəklədiyi üçün həbs edilib və öldürülüb.
Onunla birlikdə Allendenin rəhbərliyi altında Çili həbsxana xidmətinə rəhbərlik edən 33 yaşlı vəkil Littre Quiroga da öldürülüb.
Qeyd edək ki, Xara və Quirogi hərbçilər tərəfindən saxlanılan və indi Xara adı ilə dəyişdirilən Çili stadionunda saxlanılan on minlərlə insan arasında olublar.
Onları digər məhbuslardan ayıraraq stadionun soyunub-geyinmə otağında güllələyiblər. Xaranın cəsədində 44, Quiroqanın bədənində isə 23 güllə tapılıb. Onların müvafiq olaraq 56 və 47 sınıq sümükləri olub. Daha sonra onların cəsədləri Santyaqo ətrafındakı qəbiristanlığa atılıb.
Yeri gəlmişkən, Xaranın öldürülməsi ilə bağlı bəyanat 1978-ci ildə, Quiroqanın öldürülməsi ilə bağlı 1987-ci ildə rəsmi orqanlara verilib.
“El País” yazır ki, Auqusto Pinoçet 1998-ci ildə ispan müstəntiqinin tələbi ilə Londonda həbs olunana qədər bu işlər onilliklər ərzində araşdırılmadı.
Nəşr qeyd edir ki, təqsirləndirilən şəxslərin yaşlarına baxmayaraq həbsxanaya göndərilmək ehtimalı böyükdür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB