Rusiyanın Qazaxıstandakı baş konsulu Yevgeni Bobrov dövlət qulluğunda işləmək üçün qanuni yaş həddi olan 65 yaşına çatması ilə əlaqədar vəzifəsini tərk edib.
Bəzi vicdansız KİV-lərdə çoxsaylı etibarsız nəşrlərlə əlaqədar sizə bildiririk ki, Rusiyanın Alma-Atadakı baş konsulu Yevgeni Bobrov 65 yaşına çatıb və Rusiya Federasiyasının dövlət qulluğu haqqında qanununa uyğun olaraq diplomatik missiyasını başa vurub. Artıq təqaüdə çıxan Bobrov vətəninə gedib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu bildirən Rusiya tərəfi həmçinin vurğulayır ki, Qazaxıstan hakimiyyəti bu ilin mayında yeni baş konsulun namizədliyi ilə bağlı razılığa gəlib.
Xatırladaq ki, bir müddət əvvəl respublika Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov Rusiyanın Almatıdakı baş konsulu Yevgeni Bobrovun “rus dilindən istifadə və öyrənmə səviyyəsində azalma olduğunu” bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB