Bu arada BMT Baş Assambleyasının sədri Çaba Quereşi bildirib ki, bəşəriyyət nüvə silahından istifadə təhlükəsi səbəbindən qlobal fəlakət həddinə yaxınlaşır və bu, son 100 ildə heç vaxt olmadığı qədər yüksəkdir.
Onun sözlərinə görə, qlobal hərbi xərclər 2022-ci ildə rekord həddə 2,2 trilyon dollara çatıb və artan inamsızlıq, geosiyasi rəqabət və silahlı münaqişələr yalnız bəşəriyyət üçün riskləri artırıb.
“Biz nüvə arsenallarının və imkanlarının artdığını göstərən çoxlu əlamətlər görürük ki, bu da Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə ziddir. Biz bu əsrdə qlobal fəlakətə həmişəkindən daha yaxınıq”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Quereşi bildirib.
Eyni zamanda, o, Ukraynadakı münaqişə kontekstində nüvə zərbəsinə əl atmaq üçün müntəzəm təhdidlərin olduğunu bildirib.
Diplomat xatırladıb ki, “məhdud nüvə müharibəsi yoxdur”, ona görə də bu tip silahlara etibar etmək məsuliyyətsizlikdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB