Moskvanın mərkəzindəki Komsomolskaya meydanındakı 1500 kvadrat metr sahədə anbarlarda yanğın baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, fövqəladə hallar xidməti hadisə yerinə yanğınsöndürən qatarın gəldiyini bildirib.
Yanğınsöndürmə işlərinə 70-dən çox canlı qüvvə, 27 texnika, o cümlədən yanğınsöndürmə qatarı cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən əlavə edilib ki, yanğın nəzarət altına alınıb. İnsan tələfatı barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB