Nigeriya Nigerə qarşı sanksiyaları yumşaltmaq niyyətindədir

Nigeriya Nigerə qarşı sanksiyaları yumşaltmaq niyyətindədir

Nigeriya sakinlərə mənfi təsirini zəiflətmək üçün Nigerə qarşı daha əvvəl tətbiq etdiyi sanksiyaları yumşaltmağı planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Nigeriya prezidentinin ictimaiyyətlə əlaqələr üzrə baş müşaviri Acuri Nqelale bildirib.

“Nigerin mülki əhalisinə təsirini minimuma endirmək üçün sanksiyaları mümkün qədər yüngülləşdirəcəyik”, - o, Nigeriyanın “The Independent” qəzetinə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə