Yevgeni Priqojin Poroxovski qəbiristanlığında dəfn edilib

Yevgeni Priqojin Poroxovski qəbiristanlığında dəfn edilib

Avqustun 23-də təyyarə qəzasında həlak olan “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin Porohovski qəbiristanlığında dəfn edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri iş adamının mətbuat xidməti yayıb.

Deyilənlərə görə, vida mərasimi də qapalı formatda baş tutub.

Daha əvvəl bildirilmişdi ki, PMC-nin təsisçisi Serafimovskidə və ya Şimal qəbiristanlığında dəfn oluna bilər.

Porohovski qəbiristanlığının administrasiyası MSK1 teleqram kanalına bildirib ki, iş adamı Moskva vaxtı ilə saat 16:00 radələrində dəfn edilib.

RİA Novosti-nin Priqojinə yaxın mənbəsi bildirib ki, vida mərasimi yaxınlarının xahişi ilə bağlanıb.

Deyilənlərə görə, mərasimdə qohumlardan başqa, yalnız “Vaqner” PMC-nin yaradıcısının ən yaxın dostları iştirak edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə