"Fərat qalxanı" bölgəsində 2 terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ...
"Fərat qalxanı" bölgəsində 2 terrorçu zərərsizləşdirildi

Suriyanın şimalında "Fərat qalxanı" bölgəsinə hücum etməyə hazırlaşdıqları müəyyən edilən separatçı terror təşkilatı PKK/YPG-nin 2 üzvü zərərsizləşdirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: "Qəhrəman Mehmetçik Suriyanın şimalında terrorçulara qarşı mübarizəsini effektiv və qətiyyətlə davam etdirir. "Fərat qalxanı" bölgəsinə hücuma hazırlaşmağa hazırlaşan iki PKK/YPG terrorçusu komandolarımızın uğurlu müdaxiləsi ilə zərərsizləşdirilib".

Şimali İraqda da iki PKK terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən başqa bir açıqlamada "PKK terrorçularının yuvalarını harada olurlarsa olsunlar məhv etməyə davam edirik. İraqın şimalında aşkarlanan 2 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib" deyilib.

MMN-dən verilən digər açıqlamada "Fərat qalxanı" bölgəsində aşkarlanan daha 3 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.

Beləliklə, İraqın şimalında və Suriyada zərərsizləşdirilən terrorçuların sayı 7-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə