Rumıniya prezidenti Klaus İohannis ölkədə, eləcə də regionda ABŞ və NATO-nun hərbi mövcudluğunu artırmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
Rumın prezidentin sözlərinə görə, ölkəsində yerləşdirilən NATO döyüş qrupunu tam tərkibli briqadaya çevirmək lazımdır. Prezident transatlantik əlaqələrin qorunub saxlanılması və möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib.
...Biz regionumuzda Amerikanın mövcudluğunu bütün aspektlərdə, o cümlədən hərbi, iqtisadi, enerji və siyasi cəhətdən artırmaq istəyirik-deyən İohannis, həmçinin Qara dənizin strateji əhəmiyyətinin tanınmasını da alqışlayır.
Qeyd edək ki, bu günə qədər Rumıniyada yerləşən NATO döyüş qrupu Fransa, Belçika və Hollandiya hərbçilərindən ibarətdir. Onlar əsasən yüngül zirehli texnika və tanklarla silahlanıblar. Lakin gələcəkdə onların ağır silahlar alacağı gözlənilir.
Yeri gəlmişkən bundan əvvəl Rumıniya yaxın vaxtlarda ukraynalı F-16 pilotlarının hazırlanması üçün bütün lazımi sənədlər alacaəı məlum olub.
Bununla yanaşı, hakimiyyət Ukraynadakı münaqişə səbəbindən hərbi və infrastruktur xərclərinin artmasının ölkə büdcəsinə böyük təzyiqlər yaratdığını etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB