Florida ştatında fövqəladə vəziyyət elan edilib

Florida ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ Prezidenti Cozef Bayden yaxınlaşan İdalia qasırğasının mümkün fəsadları ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi qərarını təsdiqləyib.

Ağ Evdən verilən açıqlamada Cozef Baydenin 27 avqust 2023-cü il tarixindən etibarən İdalia qasırğası ilə əlaqədar əyalət, qəbilə və yerli müdaxilə səylərini dəstəkləmək üçün federal yardım əmrini təsdiqlədiyi bildirilib.
"Prezidentin bu qərarı Daxili Təhlükəsizlik Departamentinin Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) bütün fəlakətlərə yardım səylərinə nəzarət etmək və əhalinin sağlamlığını və təhlükəsizliyini qorumağa imkan verir''.

SİA-nın əldə etdiyi məlumata görə, açıqlamada belə deyilir.
İdalia qasırğasının çərşənbə günü (avqustun 30-da) Florida sahillərinə çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə