Bayden Vyetnama səfər edəcək

ABŞ prezidenti Co Bayden gələn həftənin sonunda Vyetnama səfər edəcək. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

"Prezident Co Bayden sentyabrın 10-da Vyetnamın paytaxtı Hanoy şəhərinə səfər edəcək. Hanoyda prezident Bayden ABŞ-Vyetnam əməkdaşlığının dərinləşdirilməsi yollarını müzakirə etmək üçün baş katib Nguyen Fu Çonq və digər yüksək vəzifəli şəxslərlə görüşəcək", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, liderlər həmçinin “regionda sülh, firavanlıq və sabitlik” məsələlərini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə