O, Zelenskiyə Rusiya ilə danışıqlara ehtiyac olduğunu deyib

O, Zelenskiyə Rusiya ilə danışıqlara ehtiyac olduğunu deyib

Ukraynada münaqişə tərəfləri danışıqlar masası arxasına əyləşməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Macarıstan prezidenti Katalina Novak bunu “Index” jurnalına verdiyi müsahibəsində deyib.

O qeyd edib ki, o, öz mövqeyini ukraynalı həmkarı Vladimir Zelenskiyə şəxsən bildirib. “Uzun müddətdə qorunub saxlanıla biləcək sülhə gətirib çıxaracaq hər hansı hərbi həll yolu görmürəm. Ona görə də siz danışıqlar masasına əyləşməlisiniz. Mən bu qəti fikrimi həm açıq, həm də şəxsən prezident Zelenskiyə bildirdim”.

Bunları deyən Novakın sözlərinə görə, Macarıstanın münaqişənin diplomatiya yolu ilə həllinə imkan verəcək istənilən formatda danışıqlarda iştirak etməsi vacibdir.

Buna görə də o, Zelenskiyə onun təklif etdiyi və artıq 40 ölkə tərəfindən dəstəklənən “sülh formulu”nun müzakirəsinə qoşulmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, macaq prezident Budapeştin Rusiyanın xüsusi əməliyyatını qətiyyətlə pislədiyini də gizlətməyib. “…Mən başa düşürəm ki, kimsə nəyin bahasına olursa olsun öz ölkəsini qorumaq istəyir”, - deyə o bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə