Bu dəfə Soçi polisi 251 əmək miqrantının saxlanılması ilə başa çatan reyd keçirib. SİA-nın əldə etdiyi məlumata görə, yoxlamaların nəticələrinə əsasən miqrasiya qanunvericiliyinin pozulmasına görə 3 protokol tərtib edilib.
Soçi Mərkəzi Rayon Polis İdarəsinin rəisi Yuri Pşidatok reydin nəticələri barədə məlumat verib. O, əlavə edib ki, axtarışda olan 1 nəfər də tapılıb, narkotik vasitələrin qanunsuz istifadəsinə görə 2 protokol tərtib edilib.
Xatırladaq ki, avqustun 25-də Krasnodarda analoji reyd zamanı 540 nəfər saxlanılıb, yerli nəşrlərin məlumatına görə, onlardan barmaq izi alınıb. Nəticədə, şəhər polisinin verdiyi məlumata görə, dörd protokol - ikisi qondarma miqrasiya qeydiyyatı, ikisi isə qeyri-qanuni miqrasiyanın təşkili ilə bağlı olub.
Qeyd edək ki, Krasnodar diyarındakı tikinti sahələrində tez-tez qeyri-leqal miqrantların əməyindən istifadə edilir. Məsələn, avqustun 24-də Gelendjikdə şəhərin mərkəzindəki obyektdə işləyən 39 Özbəkistan və Türkmənistan vətəndaşı barəsində qərar çıxarılıb. Məhkəmə onlardan 26-nın deportasiyasına qərar verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB