Ərdoğan sentyabr ayında Hindistan və ABŞ-a səfər edəcək

Prezident Ərdoğan sentyabr ayında bir sıra diplomatiya görüşləri keçirəcək
Ərdoğan sentyabr ayında Hindistan və ABŞ-a səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan ilk olaraq Hindistanda keçiriləcək G-20 Liderlər Sammitində iştirak edəcək. Daha sonra Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-a səfər edəcək. Ərdoğan sammit çərçivəsində dünya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Ərdoğan sentyabrın 9-10-da Hindistanda keçiriləcək G-20 Liderlər Zirvə toplantısına qatılacaq.

Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Prezident Ərdoğan 17-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası münasibətilə ABŞ-a səfər edəcək, Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək.

Prezident Ərdoğanın İslamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kıbrıs (Kipr) problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl daşınması kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə