2024-cü ildə prezidentliyə kimin namizəd olacağına Kreml qərar verir

Deyilənlərə görə, Kreml rəsmiləri Vladimir Putini öz aralarında getdikcə daha çox “baba” adlandırırlar
2024-cü ildə prezidentliyə kimin namizəd olacağına Kreml qərar verir

Deməli, Kreml 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin “rəqibləri” ilə bağlı qərar verib. Onların seçimində əsas meyarlardan biri yaşdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Meduza” prezident administrasiyasına yaxın mənbələrə istinadən yazır. Nəşrin mənbələrinə görə, rəsmilər hesab edir ki, qeydə alınmış namizədlər arasında yaşı 50-dən aşağı olan siyasətçilərin olması rusları 70 yaşlı Putinin “artıq hakimiyyətə möhkəm əli ilə gələn adam deyil” kimi düşünməyə vadar edə bilər.

Qeyd edək ki, hazırda Kreml seçkilərə namizədliyini irəli sürmək niyyətini hələ rəsmən açıqlamayan Putindən başqa üç parlament partiyasının nümayəndələrinin də gedəcəyini gözləyir. Bunlar Rusiya Federasiyası Kommunist Partiyası, Liberal Demokrat Partiyası və Yeni İnsanlardır.

Onu da qeyd edək ki, Kreml Gennadi Züqanovu Rusiya Federasiyası Kommunist Partiyasından namizəd kimi görür. Amma...deyim ki, bu gün Levada Mərkəzinin sorğularına görə Zyuqanovun etibar reytinqi 3 faizdən artıq deyil.

Deməli buna, bizdə necə deyərlər bir “quş”...

Liberal Demokrat Partiyasının namizədi, Kremlin planlarına görə, partiya lideri Leonid Slutski olmalıdır.

O, kifayət qədər uyğun və ciddi adamdır.

Bunu mən yox, Rusiya Federasiyası Prezident administrasiyasına yaxın mənbə etiraf edir.

Kreml öz lideri, biznesmen Aleksey Neçayevi Yeni Xalq Partiyasından namizəd kimi görmək istərdi. Lakin Neçayevin özü başa düşür ki, “onu çox faiz almağa qoymayacaqlar və ona görə də o, qırıntı alıb Levada Mərkəzindəki sorğunun 2 faizi olmaq istəmir.

Ona görə də Neçayev özünün əvəzinə Dövlət Dumasının sədr müavini Vladislav Davankovu təklif edir.

Lakin Kremli bu namizədlik qane etmir. Çünki… məsələ burasındadır ki, Davankovun 39 yaşı var və o, normal olaraq ictimaiyyət qarşısında danışa bilir və birdən danışıb, yenə də bizlərdə deyildiyi kimi, “vurub zibilini şıxarar…”

Təbii ki, onun böyük faiz almayacağı da aydındır, lakin gənc və aktiv namizəd seçicini Putinin yaşı barədə düşünməyə vadar edə bilər.

Yeri gəlmişkən, bu ilin mayında keçirilən “Russian Field” sorğusunun nəticələrinə görə, rusların hazırkı prezident haqqında nəyi “bəyənmədiyi” sualına yaş üçüncü ən populyar cavabdır.

Deyilənlərə görə, Kreml rəsmiləri Vladimir Putini öz aralarında getdikcə daha çox “baba” adlandırırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə