Liviyanın xarici işlər naziri vəzifədən çıxarılıb

Liviyanın baş naziri israilli həmkarı ilə görüşdən sonra xarici işlər naziri Menquşun vəzifəsinə son qoyub
Liviyanın xarici işlər naziri vəzifədən çıxarılıb

Liviyanın baş naziri israilli həmkarı ilə görüşdən sonra xarici işlər naziri Menquşun vəzifəsinə son qoyub.
Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Necla əl-Menquşu İsrailin xarici işlər naziri Eli Koenlə görüşdüğünə görə vəzifəsindən çıxarıb.
Liviya Milli Birlik Hökumətinin yaydığı 368 saylı fərmanda, "Liviyanın xarici işlər naziri Necla əl-Menquşun vəzifəsindən çıxarılması və barəsində istintaq başlatılmasına qərar verildi" deyilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Fərmana əsasən, Menquşla bağlı araşdırmanı Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya həyata keçirəcək.

Digər tərəfdən, Liviya Xarici İşlər Nazirliyi xarici işlər naziri Necla əl-Menquşun İtaliyanın paytaxtı Romada İsrail xarici işlər naziri Eli Kohen ilə görüşünün rəsmi olmadığını bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Liviya Xarici İşlər Nazirliyinin ərəb və islam ölkələrinin, xüsusilə Fələstin məsələsinin problemləri ilə bağlı milli tənzimləmələrə tam sadiqliyini bir daha təsdiqlədiyi və Qüdsün Fələstinin əbədi paytaxtı olaraq bağlılığını vurğuladığı qeyd edilib.
Prezident Şurasının rəsmi sözçüsü Necva Vehibe qeyd edib ki, Menquşun İsrailin xarici işlər naziri ilə görüşü Liviyanın xarici siyasət sabitliyi ilə üst-üstə düşmür.

Liviyanın xarici siyasətinin dəyişməz rəftar və prinsiplərinin Prezident Şurası tərəfindən izlənildiyini xatırladan Vehibe sözügedən görüşün detallarının hökumətdən tələb edildiyini bildirib.

Vehibe qeyd edib ki, görüşlə əlaqədar hökumətdən də bütün lazımi hüquqi sanksiyaların və addımların atılması istənilib.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyindən dünən verilən yazılı açıqlamada "İsrail və Liviya xarici işlər nazirləri arasında tarixi görüş keçirildiyi" bildirilib.

Açıqlamada qeyd olunub ki, XİN rəhbəri Koenin liviyalı həmkarı Menquş ilə keçən həftə İtaliyanın paytaxtı Romada keçirdiyi görüş "iki ölkə arasında əməkdaşlıq və əlaqələrin imkanlarını araşdırmaq" məqsədi daşıyır.

Görüşün iki ölkənin xarici işlər nazirləri arasında "ilk görüş" olduğuna diqqət çəkilən açıqlamada "Görüşdə nazirlər iki xalq arasındakı tarixi əlaqələri, Liviya yəhudilərinin mirasını, iki ölkə arasındakı münasibətləri, ölkələr arasında əməkdaşlıq, İsrailin humanitar məsələlərdə, kənd təsərrüfatı, su idarəçiliyi və daha bir çox mövzularda verə biləcəyi yardımı müzakirə etdilər" ifadələrindən istifadə edilib.
Xatırladaq ki, Şimali Afrika ölkəsi Liviya İsraili tanımır və Tel-Əvivlə diplomatik əlaqələri yoxdur.

Digər tərəfdən, Menquşun İsrail xarici işlər naziri ilə görüşdüyü açıqlanmasından sonra paytaxt Tripolinin şərqindəki Tajura bölgəsi, Zaviyə və Bəni Vəlid şəhərlərində etiraz aksiyaları keçirilib, Beni Vəliddə isə İsrail bayrağı yandırılıb.
Bu arada, Liviyanın Tobruk şəhərindəki Nümayəndələr Palatası fəaliyyəti dayandırılmış əl-Menquşun Koenlə görüşü ilə bağlı deputatları bu axşam növbədənkənar iclasa çağırıb.

Nümayəndələr Palatasının açıqlamasında deyilib:

“Bu iclas, vəzifəsi dayandırılmış xarici işlər nazirinin (Menquş) sionist düşmənin xarici işlər naziri ilə görüşərək Liviya xalqının milli stabillərinə qarşı törətdiyi hüquqi və mənəvi cinayəti müzakirə etmək üçündür.
Palatanın başqa bir açıqlamasına görə, nümayəndələr Palatasının sədr müavini Misbah Duma da Menquşun görüşü ilə bağlı qınama mesajı verərək deyib ki, vəzifəsi dayandırılmış xarici işlər nazirinin (Menquş) İtaliyada sionist rejimin xarici işlər naziri ilə gizli görüşməsi ciddi məsələdir. Bu, Liviya dövlətinə və işğal olunmuş Fələstin şəhidlərinə böyük xəyanətdir. Onun etdiyi cinayət və xəyanətdir ki, Liviya qanunlarına görə ən ağır şəkildə cəzalandırılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə