“Sanksiyaları ləğv edib, Rusiyanı dünya bazarına qaytaracam”

ABŞ prezidentliyinə iddialılar arasında hind əsilli milyonçu Vivek Ramasvami deyib bunu
“Sanksiyaları ləğv edib, Rusiyanı dünya bazarına qaytaracam”

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddialılar arasında keçirilən debatın ilk turunda qalib gələn hind əsilli milyonçu Vivek Ramasvami Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində güzəştə getməyə hazır olduğunu bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The American Conservative” jurnalında yazıb.

Belə ki, onun sözlərinə görə, o, Rusiya üçün Ukraynanın ilhaq edilmiş ərazilərini tanımağa və Ukraynanın NATO-ya daxil olmasını əngəlləməyə hazırdır. O, həmçinin sanksiyaları ləğv edəcəyinə və Rusiyanı dünya bazarına qaytaracağına söz verib.

Onun sözlərinə görə, Ukraynada münaqişə nə qədər uzun sürərsə, “bir o qədər aydın olur ki, yalnız bir qalib var: Çin”.

Ramasvami onu da vurğulayıb ki, o, "Ukraynada sülhü yeganə şərtlərlə" - "Amerikanın maraqlarını birinci yerə qoyan" şərtlərlə təmin edəcək.

Qeyd edək ki, bir müddət bundan əvvəl siyasətçi artıq ABŞ üçün “bir nömrəli təhlükə”ni “Çin-Rusiya alyansı” adlandırıb.

...Və hind əsilli milyonçu demişkən, “Forbes” onun xalis sərvətini 950 milyon dollardan çox qiymətləndirir. Deyilənə görə, o sərvətini biotexnika sahəsində qazanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə