İlhaq edilmiş Krımda məhkəmə 23 yaşlı Baxçasaray sakini barəsində həbs qətimkan tədbiri seçilib.
SİA-nın əldə etdiyi məlumata görə, adı açıqlanmayan təqsirləndirilən şəxs siyasi nifrət zəminində vandalizmdə ittiham olunur. O, növbəti iki ayı həbsdə keçirəcək. Ümumilikdə isə onu üç ilə qədər həbs gözləyir.
Qeyd edək ki, avqustun 26-da Krım ictimaiyyətində naməlum şəxsin Baxçasaray meydanlarından birində quraşdırılmış işıqlı Z və V hərflərinin nalayiq ifadələrlə müşayiət olunduğu video yayılıb.
Maraqlıdır ki, daha sonra polis idarəsində lentə alınan və öz üzrxahlığı ilə müşayət olunan video ortaya çıxıb. Belə ki, kadrlarda gənc sərxoş olduğu üçün etdiyi hərəkətlərdən xəbərsiz olduğunu deyir, tövbə etdiyini iddia edir, həmçinin xüsusi hərbi əməliyyatı və Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini iddia edir.
Xatırladaq ki, latın hərfləri ilə yazılan Z və V Ukraynaya hərbi müdaxiləyə dəstək verən qeyri-rəsmi simvollardır. Onlara tez-tez Kreml yönümlü mitinqlərdə, təbliğat plakatlarında rast gəlmək olar. Müharibənin əvvəlindən onlar Rusiya hərbi texnikasının taktiki markalanması üçün istifadə olunur.
Həbs olunan gəncə gəlincə, heyləməlidir, necə deyərlər ağac acı, can şirin...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB