Yunanıstanda yanğınların qarşısını almaq çətinləşir

Dadias meşə sahəsindəki yanğının genişlənməsi nəticəsində bölgənin bəzi kəndləri boşaldılıb.
Yunanıstanda yanğınların qarşısını almaq çətinləşir

Yunanıstanın Aleksandrupolis şəhərində avqustun 19-da başlayan və Evros ilə Gümülcine və kəndlərinin də daxil olduğu Rodop vilayətinə də təsir edən yanğınlar hələ də nəzarət altına alına bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, Dadias meşə sahəsindəki yanğının genişlənməsi nəticəsində bölgənin bəzi kəndləri boşaldılıb.

Evros vilayəti qubernatorunun müavini Dimitris Petroviç dünən Yunanıstan Dövlət Televiziyası ERT-yə bildirib ki, 1 milyon 600 min hektar meşə sahəsinin 750 min hektarı artıq yanıb.

Avqustun 29-dan etibarən küləyin istiqamətini dəyişəcəyini qeyd edən Petroviç bu halda yanğının daha təhlükəli həddə çata biləcəyini və zərərin daha da arta biləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə