“Rusiyanın dağıdıcı nüvə silahı ilə bağlı açıqlamaları təhdid məqsədi daşıyır” - POLİTOLOQ ŞƏRH ETDİ
“SSRİ dağıldıqdan sonra Qərblə ilk dəfə üz-üzə qalan Rusiya müharibənin hələ də davam etdirilməsini planlaşdırır. Müharibənin dağıntıları və itkiləri 1990-cı illərin Çeçenistan və 2009-cu il Gürcüstan müharibələrindən daha şiddətlidir. Putin Ukraynada davam edən müharibəni “xüsusi əməliyyat” kimi xarakterizə edir. Rusiya lideri Ukrayna müharibəsini Rusiya tarixindəki müharibələrlə, yəni Rusiya üçün ən mühümlərdən sayılan 1812-ci il müharibəsi, Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi ilə müqayisə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, ölkəsinin həm hərbi, həm strateji baxımdan kritik dönəm yaşadığı prezident Vladimir Putin Rusiyanın yüksək səviyyəli hərbi liderləri ilə görüşündə hərbi potensialın yaxşılaşdırılması üçün yeni yol xəritəsi müəyyən edərək atılacaq addımları açıqlayıb: “NATO-nun Ukrayna müharibəsində bütün imkanlarını səfərbər etdiyini xatırladan Putin, müharibədə qalib gəlmək əzmində olduqlarını bir daha vurğulayıb. Xüsusi hazırlığın bir səbəbi də Kremlin müharibə nəticələrindən aslı olaraq ayaqda qalıb, qalmayacağını ehtimal etməsidir. Yəni, müharibədə məğlubiyyət Putin hakimiyyətinin sonunu gətirə biləcəyi üçün Moskva hərbi strategiyasını “irəli” komandası üzərində formalaşdırıb. Hətta Rusiya Ukrayna məsələsini təkcə regional məsələ kimi deyil, beynəlxalq sistemdə varlıq mübarizəsinin bir hissəsi kimi gördüyü üçün müharibənin qısa zamanda dayandırılması ehtimalı çox zəifdir.
Rusiya liderinin çıxışında diqqətçəkən digər məsələ nüvə silahı və raketlər olub. Putin həmçinin Rusiya ordusu hissələrinin “qeyri-adi” modellərdən ibarət müasir raket arsenalı ilə təmin olunmasının yeni mərhələsindən danışıb. Ordunun qabaqcıl raket imkanları ilə təchiz olunduğunu qeyd edən Putin, yeni nəsil Sarmat raket sistemlərinin yaxın vaxtlarda istifadəyə veriləcəyini açıqlayıb. Prezidentin sözlərinə görə, dünyada bənzəri olmayan “Zirkon” raketləri gələn ay yerləşdiriləcək. Rusiyanın dağıdıcı nüvə silahı ilə bağlı açıqlamaları bir daha nüvə silahından istifadənin masada olduğu mesajı ilə strateji düşmən adlandırdığı Avropanı təhdid məqsədi daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB