13 ildə 9 uşaq dünyaya gətirdi!

İllərdir əhaliyə nəzarət üçün tək uşaq siyasətini həyata keçirməyə çalışan Çində maraqlı hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, insanları təəccübləndirən bir ailənin şəxsi həyatı üzə çıxıb. 31 yaşlı Tian əri Zhao ilə orta məktəbdə oxuyarkən tanış olub. Universiteti bitirdikdən sonra dərhal ailə qurublar və 2010-cu ildə ilk övladları - qız uşağı dünyaya gəlib. 2012-ci ildə cütlüyün daha bir əkiz övladı dünyaya gəlib.

3 sevimli uşağı olan Tian əri işdə olarkən özünü tənha hiss etdiyi üçün daha çox uşaq sahibi olmaq istəyirdi. Ərinin də onun ideyasını dəstəklədiyini bildirən Tian daha sonra 4 il ərzində daha 4 dəfə ana olduğunu bildirib. Tian sonuncu dəfə 2022-ci ildə uşaq dünyaya gətirib. Tian mətbuata verdiyi son açıqlamada isə yenidən hamilə olduğunu bildirib.

13 uşaq dünyaya gətirməsinə baxmayaraq, Tianın fikri heç də dəyişməyib. Hələ də gənc və enerjili göründüyünü bildirən Tian, ​​bütün bürclərdən uşaq sahibi olmaq istədiyini qeyd edərək, ərinin gözəl genlərini israf etmək istəmədiyini deyib. Xəbərin davamında Tian ərinin yaxşı bir işdə işlədiyini və gəlirlə bağlı heç bir probleminin olmadığını bildirib. Hər fürsətdə ana olmağa davam etmək istədiyini dilə gətirən Tian ərinin şirkətində rəhbər vəzifədə çalışdığını və bu gərgin tempə baxmayaraq övladlarının təhsilini və inkişafını diqqətdən kənarda qoymadığını da qeyd edib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə