Türkiyədə silahlı insident olub

Türkiyənin Adana şəhərində silahlı insident olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıblar.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisəni törədən şübhəlilərin axtarışına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə