Ruslar Xerson vilayətində Geniçesk dəniz limanı yaxınlığındakı boğazı bağlayıblar. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onlar ehtimal ki, Ukrayna hərbi-dəniz pilotsuz təyyarələrinin Azov dənizinə köçürülməsinə mane olmağa çalışırlar.
“Bizdə olan məlumata görə, dəniz limanının yanalma körpüsü ilə yerli əhalinin tez-tez gəldiyi balıqçı estakadası arasında giriş bağlanıb. Orada iki balıqçı seyneri quraşdırılıb, daha sonra onlarla sahillər arasında kabellər çəkilib”
Bu barədə Telegram kanalı xəbər verir.
Bundan əlavə, Krımı Xerson vilayəti ilə birləşdirən Çonqarski körpüsünün “mühafizə tədbirləri”nin gücləndirildiyi göstərilir. Yerli sakinlərin sözlərinə görə, Sivaş körfəzinə dirəklər vurulub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB