“Su-30” Qara dəniz üzərində Amerika pilotsuz təyyarəsini müşayiət edib

“Su-30” Qara dəniz üzərində Amerika pilotsuz təyyarəsini müşayiət edib

Rusiyanın “Su-30” qırıcısı Qara dəniz üzərində “American Reaper” pilotsuz uçuş aparatını müşayiət edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzindən məlumat verilib.

Agentliyin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat pilotsuz təyyarəsi Rusiyanın dövlət sərhədlərinə yaxınlaşırdı.

Qeyd olunur ki, Rusiya təyyarəsi yaxınlaşan zaman PUA dönüş edib. Hazırda “Su-30” öz baza hava limanına qaytarılıb.

“Rusiya qırıcısının uçuşu təhlükəsizlik tədbirlərinə riayət olunmaqla neytral sular üzərində hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi uyğun olaraq həyata keçirilib”, - deyə Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, daha əvvəl növbətçi hava hücumundan müdafiə qüvvələrinə məxsus Rusiyanın MiQ-31 qırıcısı Rusiya sərhədinə yaxınlaşan Norveç HHQ-nin P-8A Poseidon təyyarəsini müşayiət edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə