Şolz Almaniya iqtisadiyyatının "qeyri-qənaətbəxş" artımından danışıb

Şolz Almaniya iqtisadiyyatının "qeyri-qənaətbəxş" artımından danışıb

Almaniya lideri Olaf Şolz Bavariyanın “Passauer Neue Presse” qəzetinə müsahibəsində Almaniya iqtisadiyyatının hazırkı artımı "qeyri-qənaətbəxşdir".

Kansler bildirib ki, Almaniya ixracdan asılı olduğu üçün zəifləyən qlobal iqtisadiyyatın ağır yükünü daşıyır.

Bununla belə, o, iqtisadi artımı stimullaşdırmaq üçün daha çox federal borcla maliyyələşdirilən xərclərə dair çağırışları rədd edib.

"Avropa İttifaqının həqiqətən daha çox borc götürməli olduğumuzu düşünüb-düşünmədiyindən əmin deyiləm” deyən Şolz, Almaniyanın pandemiya ilə mübarizə və Ukrayna münaqişəsinin təsirlərini yumşaltmaq üçün son illərdə borcunu yüz milyardlarla avro artırdığını söyləyib.

Xatırladaq ki, mayın sonunda Almaniya Federal Statistika İdarəsi yanvar-mart aylarında ölkənin ÜDM-nin ötən ilin son rübü ilə müqayisədə 0,3 faiz azaldığını bildirib.

Agentlik bildirib ki, "yüksək qiymət artımının davamlı təzyiqi" ilin əvvəlində Almaniya iqtisadiyyatına ağır zərbə vurmağa davam edib və ev təsərrüfatlarının xərclərinə böyük təsir göstərib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə