Gürcüstanda orta əsrlərə aid monastırda torpaq sürüşməsi baş verib

Gürcüstanda orta əsrlərə aid monastırda torpaq sürüşməsi baş verib

Gürcüstanda torpaq sürüşməsi Tbilisidən 30 km aralıda yerləşən qədim Şiomqvime monastırını da əhatə edib

SİA-nın əldə etdiyi məlumata görə, Rustavi telekanalı ölkə patriarxlığının mətbuat xidmətinə istinadən xəbər verir.

"Monastrdan verilən məlumata görə, hadisə nəticəsində ölən və dağıntı yoxdur".

Mətbuat xidməti əlavə edib ki, monastırı əhatə edən qayadan vaxtaşırı sürüşmələr davam edir.

Bu hadisə son zamanların ən böyük hadisəsi kimi qeyd edilir.

Xatırladaq ki, Şiomqvime 6-cı əsrdə əsası qoyulmuş Gürcüstanda orta əsrlərə aid monastırdır.

Mtkvari çayının şimal sahilində dar əhəngdaşı dərəsində yerləşir.

Yeri gəlmişkən, avqustun əvvəlində Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi baş vermişdi. Hadisə nəticəsində 31 nəfər ölüb. Ölənlər arasında 1991-ci il təvəllüdlü Rusiya vətəndaşı və bir neçə uşaq da var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə